Untitled Document
1993-cü ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində Sumqayıt Özəl Texniki Liseyi kimi tədrisə başlayan lisey 1999-cu ildən Bakı şəhərində özəl ümumtəhsil müəssisəsi kimi öz fəaliyyətini davam etdirir. Bu gün Bakı "Dədə Qorqud" özəl Türk Liseyi təkcə Nizami rayonunun, xidmət etdiyi ərazinin, Bakı şəhərinin deyil, bütün ölkənin qürur və ifixar mənbəyinə çevrilmişdir.

Məktəb ən müasir maddi-texniki baza ilə yanaşı öz peşəsini sevən, ölkənin gələcəyinin onlardan asılı olacağını dərk edən və gecəli-gündüzlü Azərbaycan üçün savadlı, geniş dünyagörüşlü, bacarıqlı insanlar yetişdirməyi öz həyat amalı qəbul edən müəllim kollektivinə malikdir.

Məktəbdə şagirdlər ən müasir təlim şəraiti və vasitələri ilə, lazım olan hər cür iaşə, kommunal, məişət, tibbi-sağlamlıq, mədəni xidmətlərlə təmin olunmuşlar.

Şagirdlərin ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq üçün repetitora, yaxud hazırlıq kursuna Bakı "Dədə Qorqud" Özəl Türk Liseyi getməyə ehtiyac yoxdur. Məktəbdə bu məqsədlə xüsusi proqramla iş aparılır. Bunun nəticəsidir ki, liseyin yetişdirdiyi məzunların sorağı bu gün Moskvadan və İstanbuldan, Londondan və Berlindən, Parisdən və Nyu-Yorkdan gəlir. Onlar məktəb sıraları arxasında qazandıqları bilik və bacarıqlarını dünyanın ən məşhur universitetlərində davam etdirir, məzun olanlar istehsal sahələrində, təhsilini davam etdirənlər yüksək təhsil göstəriciləri ilə vətənə xidmət edirlər.

Məktəb Respublika fənn olimpiadalarının fəal iştirakçısı olmaqla qalmır, Bakı "Dədə Qorqud" özəl Türk Liseyinin şagirdləri ölkəmizi Beynəlxalq fənn olimpiada və digər yarışlarında ləyaqətlə təmsil edirlər. Bunu məktəbin stendlərini bəzəyən çox sayda qızıl, gümüş və bürünc medullar əyani olaraq nümayiş etdirir.
Bakı "Dədə Qorqud" Özəl Türk Liseyi
Bakı şəhəri Naxçıvanski küçəsi 50-A
Tel: (+994 12) 370 55 48 /370 59 52
Fax: (+994 12) 370 51 48
e-mail: dedeqorqud@cag.edu.az